Fəaliyyət

1.JPG

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir. Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri...

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər.Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcəkdir.Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu idarə heyətinin direktoru Torsten Frike demişdir ki, əməkdaşlıq çərçivəsində uşaq...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli məktəbdə və xüsusi internat məktəblərində “Uşaq ili” çərçivəsində sonuncu tədbir olan Yeni il şənliyi keçirilmişdir.Bayram süfrəsi arxasında keçirilən mərasimdə iştirak edən rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, Şaxta baba, Qar qız və musiqiçilər Yeni ilin sevincini...

Heydər Əliyev Fondu gürcüstanlı soydaşlara bütün sahələrdə olduğu kimi, təhsil səviyyəsinin müasir tələblərlə ayaqlaşması baxımından da yardımını əsirgəmir.Fondun təşəbbüs və dəstəyi ilə dekabrın 29-da Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi şəhərində H.Əliyev adına Fondun bilgisayar mərkəzində rayon şagirdləri arasında bilik yarışı keçirilmişdir...

Respublikamızın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan məktəblərinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələrin təqdimat mərasimi keçirilmişdir. Səfirlikdən bildirmişlər ki, diaspor təşkilatları təmsilçilərinin və bir qrup azərbaycanlı ziyalıların iştirak etdiyi mərasimdə səfir Fuad İsgəndərov Heydər Əliyev Fondunun və qurumun prezidenti, YUNESKO-nun...