Fəaliyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir.

Sentyabrın 15-də Gürcüstanın ümumi məktəblərində yeni dərs ili başlanmışdır. Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli yeganə Azərbaycandilli ümumi məktəb həmişə olduğu kimi, yeni dərs ili ərəfəsində də Heydər Əliyev Fondundan böyük hədiyyə almışdır. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində məktəbin binası əsaslı surətdə təmir edilərək kollektivin istifadəsinə verilmişdir...

02_FOND-USHAQLAR-ISTIRAHAT.JPG

Sentyabrın 10-dan Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi təşkil etmişlər. Nabrandakı “Atlant” istirahət mərkəzində təşkil edilmiş düşərgənin açılış ...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucar rayonunun Alpı kəndində tikilən 220 şagird yerlik yeni orta məktəb binasında tamamlanma işləri aparılır. Müasir standartlara cavab verən binada təhsilin ən yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaqdır. Əsas korpusda qış idman zalı ilə yanaşı, məktəbin həyətində idman meydançası da inşa edilir. Burada şagirdlər futbol, voleybol və idmanın digər ...

001.JPG

Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir...