Fəaliyyət

002.jpg

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir. Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmışdır...

Şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanında yüksək memarlıq üslübünda Heydər Əliyev Mərkəzi tikilmişdir. Mərkəz Heydər Əliyev Fondu tərəfindən nəfis tərtib olunmuş, müasir texnologiyalarla təchiz edilmişdir. Burada tədbirlər keçirmək üçün konfrans zalı, internet otağı və kitabxana fondu yaradılmışdır...

01.JPG

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və uşaq bağçası ilə yaxından tanış oldu. Bağçada ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır . Məlumat verildi ki, gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir...

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Anma mərasimlərinin hər il keçirildiyi şəhərlərin sırasına bu il Norveçin paytaxtı Oslonun da adı əlavə olunmuşdur...

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Rumıniyada keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Buxarest şəhəri 2-ci sektorunun Mədəniyyət Mərkəzində “Canlı alov – Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir...