Xəbərlər

001.JPG

Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı olmuşdur. Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA simpoziumu açaraq demişdir...

Milli Məclisin martın 17-də keçirilmiş iclasında parlamentin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hazırladığı “Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul etmişdir. Amnistiya aktı 111 səs lehinə olmaqla qəbul olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə Milli Məclisə müraciət etmişdir. Müraciətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondunun ulu öndərin sosial-iqtisadi, mədəni ...

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar. Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı və acılı səhifəsi olan Xocalı faciəsi ...

Fevralın 27-də Parisin ən möhtəşəm otellərindən biri olan “Westin”in “Napoleon” zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dostluq Assosiasiyası Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.Tədbirdən əvvəl iştirakçılar Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını dünya...