Masazır qəsəbəsində 4 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Məktəbin tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. 2016-cı il oktyabrın 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.

 

800 şagird yeri olan məktəb üçmərtəbəlidir. Məktəbdə ümumilikdə 36 sinif otağı, bufet, ümumi sahəsi 600 kvadratmetr olan idman zalı, 360 yerlik akt zalı, müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana var.

 

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

 

Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.



Paylas:

1.JPG
2.JPG
3.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
8.JPG
14.JPG
19.JPG