Binə qəsəbəsi 326 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Xəzər rayonunun Binə qəsəbəsindəki 326 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Məktəbin tikintisinə 2010-cu ildə başlanılıb və 2012-ci ilin sentyabırnda tikinti başa çatıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2012-ci il sentyabrın 14-də məktəbin açılışında iştirak edib.

 

Müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbin binası 880 şagird yerlikdir. Məktəbdə 44 sinif otağı, bundan əlavə fənn kabinetləri və laboratoriyalar, kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana, 200 yerlik akt zalı vardır. Üçüncü mərtəbədəki ibtidai hərbi hazırlıq, məktəbdənkənar tərbiyə otağı, laboratoriyalar və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılıb. Məktəbdə Azərbaycanda ilk dəfə olaraq elektron məlumat lövhəsi quraşdırılıb. Digər özəlliklərdən biri də ibtidai və yuxarı sinif şagirdlərinin məktəbdə fərqli korpuslarda təhsil almalarıdır.

 

Məktəbin elektrik və istiliklə dayanıqlı təchizatı təmin edilib. Şagirdlərin düzgün və vaxtında qidalanmaları üçün 60 yerlik yeməkxana vardır. Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılıb. Burada həmçinin futbol, voleybol, basketbol meydançaları da tikilib. 



Paylas:

001.JPG
003.JPG
004.JPG
1.jpg
2.jpg