Pakistanın Müzəffərabad şəhərində qızlar üçün orta məktəb

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olan güclü zəlzələ baş vermişdir. Zəlzələ ölkə ərazisinin yarıdan çoxunu əhatə etmiş, paytaxt İslamabadda, Lahorda, xüsusilə Müzəffərabad şəhərində güclü dağıntılar törətmişdir.


Müzəffərabad şəhəri Rara ərazisi haqqında məlumat


Müzəffərabad şəhəri Pakistan İslam Respublikasının paytaxtı İslamabaddan 162 km məsafədə yerləşir. Baş verən zəlzələdən sonra Müzəffərabad şəhəri Rara ərazisindəki məktəb tam yararsız vəziyyətə düşmüşdür. Sinif otaqları uşaqların dərs keçməsi üçün təhlükəli vəziyyət almışdır. Bu səbəbdən şagirdlər dərsləri ya çadırlarda, ya da ki, açıq səma altında keçmək məcburiyyətində qalmışlar.


Məktəb binası haqqında məlumat


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş məktəb binası 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır.


Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa edilən yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinələri, kitabxana, kompyuter otağı, idman meydançası vardır. Məktəbin ümumi sahəsi 2 min kvadratmetrə yaxındır.


Çətin dağlıq relyefdə yerləşən təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur. Məktəbdə 500-dən artıq şagird təhsil alacaqdır. Heydər Əliyev Fondu məktəbi əyani vəsaitlərlə, o cümlədən Azərbaycan haqqında nəşrlərlə təmin etmişdir.


Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.


 

Məktəbin əsas göstəriciləri:                            


Məktəbin ümumi sahəsi:  1972 m²
  
Sinif otaqlarının sayı:
10
  
Sahəsi:
40,1 m²   
  
Laboratoriya:
2
  
Sahəsi:
72,4 m²
  
Kitabxana:
1
  
Sahəsi:
61,4 m²
  
Akt zalı:
1
  
Sahəsi:
155,4 m²
  
İdman meydançası:
1
  

Paylas:

foto_01.jpg
foto_02.jpg
foto_03.jpg
04.JPG
05.JPG
06.JPG

Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Metro Watch” və urdu dilli “Daily Azkaar”, “Kashmir Post” qəzetlərində, həmçinin “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Yenilik yaratmış qadın” adlı məqaləsi dərc edilib. Azərbaycanın birinci xanımı...