Xəzər rayonu 78 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Xəzər rayonu 78 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində yenidən qurulub. Təmir və yenidənqurma işlərinə 2011-ci ilin fevral ayında başlanılıb və 2012-ci il may ayının 9-da bağça istifadəyə verilib.


Bağçanın ümumi ərazisi 3600 m²-dir. İki mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 2400 m² təşkil edir.


120 yerlik körpələr evi-uşaq bağçasında altı qrup - bir orta, bir kiçik, iki böyük və iki məktəbə hazırlıq qrupları vardır. Binada hər bir qrup üçün ayrıca yataq otağı, oyun otağı, soyunub-geyinmə otağı, mətbəx və sanitar qovşağı vardır. Binada gimnastika zalı, şahmat, rəsm, musiqi ilə məşğul olmaq üçün otaqlar yaradılıb. Bundan əlavə işçi personalın dincəlməsi üçün də otaq nəzərdə tutulub.


Binanın zirzəmisində anbar, camaşırxana, mətbəx, arxiv və digər otaqlar yerləşir. Uşaqların naharla təminatı mərkəzləşmiş qaydada həll edilib. Bunun üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər yük lifti vasitəsilə mərtəbələrə paylanır.


Bağçanın həyətyanı sahəsində abadlıq işləri aparılıb, uşaq oyun meydançaları yaradılıb, idman qurğuları quraşdırılıb. Binanı su ilə təchiz etmək üçün 50 kubmetrlik içməli su, 80 kubmetrlik yanğın əleyhinə su anbarları tikilib, işıqlandırma sistemi tamamilə yenilənib, təhlükəsizlik kameraları və siqnal sistemləri quraşdırılıb.



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg