Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası

  • Layihə
  • Foto
  • Video


Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa edilib. 2013-cü il oktyabrın 1-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak edib.

 

Müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompyuter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

 

Bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar var.

 

Bağçanın həyətində köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri quraşdırılıb.

 

Bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunub. 



Paylas:

001.gif
004.gif
006.gif
008.gif
010.gif
011.gif
013.gif
015.gif
017.gif
018.gif
019.gif