Bakı Oksford məktəbinin Şəmkir filialı

  • Layihə
  • Foto


Bakı Oksford məktəbinin Şəmkir filialı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

 

2010-cu ilin noyabrında fəaliyyətə başlamış məktəbdə təhsil məktəbəqədər hazırlıq, ibtidai siniflər, orta məktəb və yuxarı məktəb mərhələləri üzrə keçirilir. Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik “A-level” proqramları keçirilir. Bu proqramları bitirən şagirdlər beynəlxalq imtahanlarda müsbət qiymətlər aldıqda Britaniyanın müxtəlif universitetlərinə daxil ola bilərlər.

 

Məktəbin məzunları Azərbaycan Respublikasının attestatı ilə yanaşı, Kembric Universitetinin orta təhsil haqqında sertifikatını da əldə edirlər. Məktəbdə tədris ingilis dilində aparılır.

 

Məktəbin yataqxanasının sahəsi 4 min kvadratmetrdir. Burada 90 şagird və 9 müəllimin qalması üçün lazımi şərait yaradılıb. Yataqxananın birinci və ikinci mərtəbələri oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub. Burada elektron kitabxana, idmanla məşğul olmaq üçün müxtəlif qurğular, art-studiya, kino zalı var.


Məktəbdə Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan uşaqlar da təhsil alır.



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg