Psixo-nevroloji Uşaq Mərkəzi

  • Layihə
  • Foto


Uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin inşasının zəruri olduğunu nəzərə alaraq 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzi inşa edib.

 

Uşaq evinin birinci mərtəbəsində psixoloq, aromaterapiya, okulist, psixonevroloq, kiçik manipulyasiya, nevropatoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları və qəbul şöbəsi yerləşir. Fizioterapiya müalicə-idman zalında basketbol lövhələri, futbol qapıları, evcik oyun dəsti, elektrokarlar, velosipedlər, sürüşkən və gimnastik elementlər quraşdırılmışdır. Kitabxanada müxtəlif nağılların diskləri, nəfis tərtibatlı kitablar, dərs ləvazimatı vardır. Autist xəstəlikləri olanlar üçün nəzərdə tutulmuş otaqda rəngarəng yumşaq oyuncaqlar qoyulub. Səksən nəfərlik akt zalında müasir oturacaqlar və  projektor quraşdırılıb. Yeni doğulanlar şöbəsində körpələr üçün xüsusi çarpayı-şkaflar yerləşdirilib.

 

İkinci mərtəbədə funksional qüsurlu uşaqlar üçün aksessuarlar yerləşdirilib, terapiya zalında hər cür şərait yaradılıb. Mərkəzləşdirilmiş proqrama qoşulan televizor uşaqlarda vizual tərbiyə metodlarından istifadə üçün böyük əhəmiyyət daşıyır.

 

Üçüncü mərtəbədə isə funksional qüsurlu nisbətən böyük uşaqlar üçün hamam otağı yaradılıb. Fəal terapiya zalında uşaqların məşğələləri üçün hər cür şərait vardır, yerimə qabiliyyətinin bərpası ilə əlaqədar xüsusi qurğular, oyun elementləri yerləşdirilib. Su ilə müalicə otağında masaj vannaları və duşlar vardır.

Mərkəzdə epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə alırlar.



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg