V “Muğam televiziya müsabiqəsi”

  • Layihə
  • Foto


2015-ci il fevralın 16-dan mayın 29-na kimi Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə V “Muğam televiziya müsabiqəsi” keçirilib.

 

Müsabiqədə Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından seçilmiş 20 gənc ifaçı iştirak edib.

 

Münsiflər heyətinin rəyinə əsasən dörd ay davam edən müsabiqənin qalibi Nisbət Sədrayeva seçilib. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Məhəbbət Səfərov və Sədəf Budaqova layiq görülüblər.

 

Müsabiqə Azərbaycan Televiziyası və Radiosu və “Mədəniyyət” telekanalı vasitəsilə birbaşa yayımlanıb.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirir.



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg