Həştərxanda Knyaz Vladimirin abidəsi

  • Layihə
  • Foto


Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ucaldılıb.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidənin təməli 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə qoyulub. 2013-cü il dekabrın 20-də abidənin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimdə iştirak ediblər.

 

Abidənin hündürlüyü dörd metrdir. Abidə Bakıda tökülüb. Abidənin dörd tərəfində fəvvarələr qurulub.

 

Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və Rusiyanın Xalq Rəssamı Andrey Kovalçukdur.

 

Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilib.



Paylas:

1.jpg
2.jpg
3+.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg
12.jpg