“Bir günəş altında” sənədli filmi

  • Layihə
  • Foto

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi “Bir günəş altında” sənədli filmini çəkib. 2016-cı il dekabrın 5-də filmin təqdimatı olub.

 

Layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva tədbirdə iştirak edib.

 

Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən yalnız biri seçilib. Seçim zamanı təmsil etdiyi xalqın kimliyini öz nitqi, antropoloji cizgiləri, gündəlik fəaliyyəti ilə daha dəqiq təqdim edən şəxsə üstünlük verilib. Filmin qəhrəmanları 17 dildə danışır - hər kəs öz ana dilində.

 

Ekspedisiyalar zamanı çəkiliş qrupunun fotoqrafları Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərəni, bu təbiətin qoynunda yaşayan və müxtəlif etnik qrupa aid olan 2625 şəxsin fotosunu lentə alıb.

 

Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.

 

Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır. 


Paylas:

02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG