Vatikan dövlətində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim

  • Layihə
  • Foto


2011-ci il noyabrın 29-da Vatikan Dövlətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi mərasimdə iştirak edib.


Tədbir çərçivəsində qədim misgərlik nümunələrinin, musiqi alətlərinin, xalçaların, Bakıda ənənəvi olaraq keçirilən “Qız qalası” festivalında təqdim edilən əsərlərin nümayiş olunduğu sərgi təşkil olunub. Sərgidə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun kolleksiyasında mühafizə olunan və UNESCO-nun “Dünya Yaddaşı” Proqramına daxil edilmiş üç orta əsr əlyazma əsəri nümayiş etdirilib.


Tədbirdə “Azərbaycan” nəşrinin italyan versiyasının təqdimatı olub.


Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycana aid müxtəlif nəşrləri hədiyyə olunub.



001.JPG
002.JPG
003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG
016.JPG
017.JPG
018.JPG
019.JPG
020.JPG