Parisdə “Azərbaycan şəhərciyi” – 2015

  • Layihə
  • Foto
  • Video


Heydər Əliyev Fondu Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif  mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə Parisdə “Azərbaycan şəhərciyi” təşkil edib.

 

“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında avqustun 29-dan sentyabrın 8-dək fəaliyyət göstərib.

 

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan şəhərciyi”nin rəsmi açılışında iştirak ediblər.

 

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgilər təşkil edilib. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində izləyə biliblər. Ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim ediblər.

 

Fransada yaşayan tanınmış azərbaycanlılara və Azərbaycana səyahət etmiş məşhur fransızlara həsr olunmuş “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı fotosərgidə iki ölkə və xalqın həyatını əks etdirən fotolar və məlumatlar sərgilənib. Milli mətbəximizi nümayiş etdirən köşklərdə şirniyyatlar, içkilər təqdim olunub, qonaqlar üçün milli mətbəximizin ləziz xörəkləri hazırlanıb. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də yer alıb. Təşkil olunmuş konsert proqramlarında ziyarətçilərə Azərbaycan musiqisi və rəqsləri təqdim olunub.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.



Paylas:

001.JPG
01.JPG
1.JPG
2.JPG
3.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG
10 (2).JPG
11 (2).JPG
12 (2).JPG
13 (2).JPG
14 (2).JPG
15 (2).JPG
16.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG
21.JPG
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg
27.jpg
28.jpg
29.jpg
30.jpg
31.jpg
32.jpg
33.jpg
34.jpg
35.jpg
36.jpg
37.jpg
38.jpg
40.jpg
41.jpg