1.JPG
28 mart 2017

Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Heydər Əliyev prospektində yerləşən körpələr evi-uşaq bağçasında inşaat işlərinə 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Burada 4 qrup və 4 yataq otağı var. Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi-uşaq bağçasında metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib.

 

Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.

 

Bu məktəbəqədər təhsil müəssisəsində 27 nəfər daimi işlə təmin ediləcək.


FOTO

VİDEO