Balaken.jpg
6 may 2016

Balakəndə yeni uşaq bağçası inşa edilib

Mayın 6-da Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Balakən şəhərində 100 yerlik yeni uşaq bağçası istifadəyə verilib.

 

Şəhərin Məhəmməd Əsədov küçəsində inşa edilən uşaq bağçasının tikintisinə ötən ilin əvvəlində başlanılıb. Milli memarlıq üslubunda inşa edilən ikimərtəbəli bina şəhərə xüsusi yaraşıq verir. Bağça binasında yataq və məşğələ otaqları, oyun və musiqi zalları, mətbəx, yeməkxana yerləşir. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.

 


FOTO