01.JPG
12 noyabr 2016

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilmiş 240 şagird yerlik məktəb binası istifadəyə verilib

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

 

Ümumi sahəsi 2900 kvadratmetr olan məktəbin tikintisinə ötən il başlanılıb.

 

Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu müəssisədə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var.

 

Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.


FOTO