002.gif
25 sentyabr 2013

Türkan qəsəbəsində yeni poliklinika istifadəyə verilib

Sentyabrın 25-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində yeni poliklinikanın açılış mərasimi olub.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il tikilən poliklinikanın inşası yüksək keyfiyyətlə həyata keçirilib. Poliklinikanın ərazisində yaşıllıq salınıb, işıqlandırma sistemi quraşdırılıb. İkimərtəbəli binada 36 kabinet var. Poliklinika ən müasir tibbi avadanlıqlarla təchiz edilib, müasir standartlara uyğun olaraq rentgen, stomatoloq, ginekoloq, cərrah, USM, kardioloq, oftalmoloq kabinetləri qurulub. Burada müasir standartlara uyğun laboratoriya da fəaliyyət göstərəcək.


FOTO

VİDEO