001.jpg
4 oktyabr 2014

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar.

 

Mərkəzdə bu ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı aparılıb və bu əməliyyatlar uğurla keçib. Hazırda orada daha dörd xəstənin əməliyyat olunması planlaşdırılır.

 

 Leyla Əliyeva və Andrey Pritıko Mərkəzdə müalicə alan xəstələrlə görüşüblər.

 

Andrey Pritıko Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib, bu tibb ocağının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim edilib.


FOTO