3 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı psixo-nevroloji uşaq evində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 3-də Bakının Nərimanov rayonundakı psixo-nevroloji uşaq evinə getmişdir. Onu burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.


Uşaq evinin direktoru İradə Musayeva məlumat verdi ki, hazırda 73 uşağın olduğu, müasir tibbi ləvazimatlarla təchiz edilmiş bu müəssisənin binasının təmiri üçün Bakı Baş Səhiyyə İdarəsi vaxtaşırı kömək edir. Heç bir ciddi problem yoxdur, bəzi çətinliklər var, bunlar da il ərzində büdcədən ayrılan vəsait hesabına aradan qaldırılacaqdır.

 

Fondun prezidenti uşaq evində yaradılmış şəraitlə, balacaların əl işləri ilə tanış oldu, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti ilə maraqlandı.