АСТРАХАНЬ-СТРАИТЕЛЬСТВО-ФОНД ГЕЙДАРА АЛИЕВА.jpg
15 aprel 2014

Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanılıb

Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanılıb.

 

Layihəyə əsasən, 240 yerlik uşaq bağçasının 120 yerlik birinci hissəsi 2014-cü ilin sentyabrınadək hazır olmalıdır.

 

Həştərxan meriyasında keçirilən və bağçanın tikintisinə həsr olunmuş müşavirədə Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbirlərinin keçirilməsi məsələsi müzakirə edilib.

 

Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət Hüseynov və Həştərxan administrasiyasının struktur rəhbərləri iştirak ediblər.