16 sentyabr 2014

“Qobustan kölgələri” baleti Strasburqda təqdim olunub

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə sentyabrın 16-da Strasburqun “Musiqi və Konqreslər sarayı”nda “Qobustan kölgələri” baleti nümayiş olunub.

 

Əsərin təqdimatı Heydər Əliyev Fondunun, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə baş tutub.

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mərasim iştirakçılarına Qobustan və “Qobustan kölgələri” baleti haqqında məlumat verib.

 

Avropa Şurası baş katibinin müavini Qabriela Battaini Draqoni baletin nümayişinin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Tədbir yerli KİV, o cümlədən “Alzasın son xəbərləri” qəzeti tərəfindən işıqlandırılıb.