141105539627015818_600x400.JPG
18 sentyabr 2014

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalının konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

 

Festival, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasına uvertüranın səslənməsi ilə başlayıb.

 

Konsertdə İ.Bramsın violin və orkestr üçün konserti, həmçinin Azərbaycanın Xalq Artisti Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.

 

Festival sentyabrın 28-dək davam edəcək.