07_FRANSA-PARIS-AERBAYCAN-RAQS-ANSAMBL-KONSERT.jpg
20 sentyabr 2014

Parisdə Azərbaycan Dövlət rəqs ansamblının konserti olub

Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Azərbaycan şəhərciyi” çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət rəqs ansamblının konserti olub.

 

Konsertdən əvvəl tamaşaçılara Azərbaycan haqqında məlumat verilib, onun qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik ölkə olduğu vurğulanıb.

 

Sonra rəqqasların çıxışı olub. Ansamblın üzvləri fransalı tamaşaçılara “Yallı”, “Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Atəşgah”, “Qarabağ”, “Gənclik” və digər milli rəqslərimizi nümayiş etdiriblər. Ansamblın çıxışı “Odlar diyarı” rəqsi ilə yekunlaşıb.


FOTO