LUTTE_Press-kit_AZvsFrance_versionAZ (1)_001.jpg
24 oktyabr 2014

Güləş üzrə Fransa və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək

2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində güləş üzrə Fransa və Azərbaycan yığmaları qarşılaşacaq. “Bakı-2015” birinci Avropa oyunlarının təqdimat kompaniyası çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə komandalar Roma-Yunan, sərbəst və qadın güləşi üzrə üç növdə güclərini sınayacaqlar. 8 çəki dərəcəsində keçirilən yarışda ümumi hesabla irəli çıxan komanda qalib hesab olunacaq.


Yoldaşlıq görüşünü 1600-dək tamaşaçı izləyə biləcək. Yarışdan sonra təşkil olunan rəsmi hissədə Azərbaycan idmanının bugünkü inkişaf və uğurları, eləcə də I Avropa Oyunlarına dövlət səviyyəsində aparılan hazırlıq haqqında məlumat veriləcək. Mərasimdə Fransanın siyasi dairələrindən və ictimaiyyətdən xüsusi dəvət olunmuş 200-dək qonağın iştirakı nəzərdə tutulur.


Biletləri aşağıdakı linkdən əlverişli tariflərlə əldə edə bilərsiz:


http://www.ticketmaster.fr/fr/resultat?ipSearch=lutte+cirque+d%27hiver