14187473141607963210_750x500.jpg
15 dekabr 2014

Sabirabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş uşaq bağçasının açılışı olub

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş uşaq bağçasının açılışında iştirak edib.

 

100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması da diqqət mərkəzində saxlanılacaq.


Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı və transformator yarımstansiyası quraşdırılıb.  


FOTO