14217375965127212824_750x500.jpg
20 yanvar 2015

İsraildə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

Qüds bələdiyyəsinin “İcma evi”ndə Bakıda 1990-cı il yanvarın 20-də baş vermiş hadisələrə həsr edilmiş tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

 

Tədbir çərçivəsində Qara Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş olunub.

 

Tədbirə Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin digər respublikalarından da nümayəndələr qatılıb.

 

Azİz Assosiasiyasının baş direktoru Lev Spivak 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtında baş verənlərdən danışıb.

 

Daha sonra şair Şabtay Aqarunov çıxış edib, həmin hadisələrdə həlak olmuş yəhudilər Yan Meyeroviçin, Vera Besantinanın, Aleksandr Marxevkanın xatirələri anılıb. Aleksandr Aqranovski, Şaul Siman-Tov, Vilen Yakubov və başqaları 20 Yanvar hadisələri haqda xatirələrini bölüşüblər.