14247996545498541665_750x500.jpg
24 fevral 2015

Mingəçevirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş uşaq bağçasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib.

 

Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılmışdı. Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var, kompyuter, rəsm, şahmat otaqları da uşaqların ixtiyarına veriləcək. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şərait qurulub, bütün otaqlar zəruri avadanlıqlarla təchiz edilib. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.


FOTO

VİDEO