20 may 2015

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı Mehriban Əliyevaya başsağlığı məktubu göndərib

Əziz birinci xanım.


Əziz dostum.


Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk.


Hörmətlə,


Patrik Hikki


Avropa Olimpiya Komitəsinin prezidenti