IMG-20150615-WA0024.jpg
16 iyun 2015

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” aksiyası keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Ümumdünya Qan Donoru Günü münasibətilə Moskvada “Qanın milləti yoxdur” adlı ənənəvi illik aksiya keçirib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin klinik transfuziologiya və hematologiya kafedrasında keçirilib.

 

Heydər Əliyev Fondunun Moskva səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin tərkib hissəsi olan aksiyada Azərbaycan, Rusiya, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan 100-ə yaxın tələbə iştirak edib.

 

“Qanın milləti yoxdur” adlı humanitar aksiya Rusiyanın başqa regionlarındakı tibbi profilli ali məktəblər bazasında da keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində genişmiqyaslı tibbi kömək işini təşkil etməklə başqa ölkələrdə qana ehtiyacı olanlara da kömək göstərirlər.


FOTO