14392945423811414930_1000x669.jpg
11 avqust 2015

Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Binanın inşasına Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2014-cü ilin sonunda başlanılıb. Ümumi sahəsi 1500 kvadratmetr olan bağça zəruri avadanlıqla təchiz olunub. Bağçanın həyətində yaşıllıq zolağı salınıb, müasir tipli attraksionlar quraşdırılıb, oyun meydançası yaradılıb.


FOTO

VİDEO