14405923524291922509_1000x669.jpg
26 avqust 2015

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün şənlik təşkil olunub

Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin 200-dək sakini üçün şənlik təşkil olunub.

 

Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Uşaqlar müxtəlif oyunlar oynayıb, əyləncəli proqramlarda, yarışlarda iştirak ediblər, müxtəlif rəqslər, mahnılar ifa ediblər.

 

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirib.


FOTO