Picture 055 copy.jpg
21 yanvar 2016

Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olunub

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

 

Mehriban Əliyeva bu mükafata “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

 

Qeyd edək ki, Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya "ilin adamı" mükafatını təqdim etmişdi.