01.JPG
10 avqust 2016

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə inşa olunan uşaq bağçasının açılışında iştirak edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

 

Sahəsi 3300 kvadratmetr olan bina ikimərtəbəlidir. Məktəbəqədər təhsil müəssisəsi 100 yerlikdir.

 

Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.


FOTO