7.2.jpg
24 oktyabr 2016

“Əli və Nino” filmi Los Ancelesdə nümayiş etdirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində sənətsevərlərə təqdim olunub.

 

Oktyabrın 24-də sözügedən festivalın ilk açılış filmi kimi nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları, aktyorları və digər şəxslər iştirak ediblər. “Əli və Nino” filminin nümayişinə olan böyük ictimai maraq festival təşkilatçılarının ikinci kinozalı açaraq, tamaşaçıların ixtiyarına verməsinə səbəb olub. Filmdəki “Əli” rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.


FOTO