1480421828995414192_1000x669.jpg
29 noyabr 2016

“Azərbaycan ailəsi-2016” film festivalının qalibləri mükafatlandırılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2016” film festivalı başa çatıb.

 

Bu münasibətlə noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli bağlanış mərasimi keçirilib.

 

“Azərbaycan ailəsi” film festivalı çərçivəsində artıq üçüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsində 31 iştirakçı tərəfindən təqdim olunmuş 38 film və 82 fotoşəkil iştirak edir.

 

Festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Əsas hədəflərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə, qızların təhsildən yayınması, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası də öz əksini tapıb.

 

Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.