01.JPG
26 dekabr 2016

Görkəmli xanəndə Ağaxan Abdullayev son mənzilə yola salınıb

Dekabrın 26-da milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, Prezident təqaüdçüsü, xanəndə Ağaxan Abdullayevin cənazəsi son mənzilə yola salınıb.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasimində iştirak edib, unudulmaz sənətkarın ailə üzvlərinə və qohumlarına dərin hüznlə başsağlığı verib.

 

Mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

 

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.

 

Ağaxan Abdullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın mədəniyyət sarayının binasına gələrək görkəmli sənətkara son borclarını veriblər.


FOTO

VİDEO