ROMA9797.JPG
11 yanvar 2017

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Jan-Mari Le Quenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Quenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları Azərbaycanda salamlayan Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu və bir çox sahələri əhatə etdiyi bildirilib. Vurğulanıb ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

 

Humanitar sahədəki əlaqələr xüsusi qeyd edilib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığı bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlaması qeyd edilib, 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağı məmnunluqla bildirilib.

 

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığı və bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyi vurğulanıb. Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu söylənilib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışılıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

 

Jan-Mari Le Quen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib. Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolu və dəstəyi xüsusi qeyd edilib.


FOTO

VİDEO

Paylaş: