02.JPG
27 aprel 2017

IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb

Aprelin 27-də Heydər Əliyev Sarayında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının bağlanış mərasimi olub.

 

Bağlanış konsertində Rusiyanın Əməkdar Kollektivi D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ Xalq Artisti Yuri Temirkanov, solisti Sergey Doqadindir. Konsertdə Sergey Prokofyev, Dmitri Şostakoviç və Pyotr Çaykovskinin əsərləri səsləndirilib.

 

Qeyd edək ki, festival Azərbaycan Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.

 

Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xarici ölkələrdən dünya şöhrətli musiqi kollektivləri - Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella” çıxış ediblər.


FOTO