01.JPG
3 may 2017

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Mayın 3-də “Gülüstan” sarayında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunub.

 

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb.

 

“Ən yaxşı təqdimat” müsabiqəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Təhsil naziri Mikayıl Cabbarov, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov mərasimdə çıxış ediblər.

 

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən altı nəfər birinci, doqquz nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə mükafatlandırılıblar. Həmçinin qaliblərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

 

Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin və Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin ifaları ilə davam etdirilib.


FOTO

VİDEO