1.JPG
22 iyun 2017

Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb.

 

Heydər Əliyev Fondunun dəstəyi, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində keçirilən tədbirdə, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, ümumilikdə min ailəyə ərzaq bağlamaları paylanılıb.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu söyləyib.

 

Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

 

Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


FOTO

VİDEO

Paylaş: