1.JPG
7 sentyabr 2017

Uşaq evinin sakinləri Zirə Mədəniyyət Mərkəzində və eko-parkda olublar

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri Zirə Mədəniyyət Mərkəzində və buradakı eko-parkda olublar.

 

Valideyn himayəsindən məhrum olan uşaqlar üçün Mədəniyyət Mərkəzində müxtəlif əyləncə proqramı təşkil edilib.

 

Uşaqlar IDEA resurs mərkəzi, elektron kitabxana və müxtəlif tədris otaqları ilə tanış olublar, attraksionlarda əyləniblər, eləcə də təbiətin qoynunda asudə vaxtlarını keçiriblər. 


FOTO