2.1.JPG
18 sentyabr 2017

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.

 

Mərasim Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

 

Gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında yerli və xarici bəstəkarların əsərləri təqdim olunub.

 

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.


FOTO

Paylaş: