01_PREZIDENT_MAKTAB_MASAZIR.JPG
16 noyabr 2017

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazırda inşa olunmuş 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

 

Məktəbin tikintisinə 2015-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman salonu zəruri avadanlıqla təchiz edilib.


FOTO