9 iyul 2005

Masallıda yeni məktəb binaları tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Masallı rayonunun Təzəkənd və Güllütəpə kəndlərində 240 yerlik orta məktəb binaları tikilir. Yeni dərs ilində istifadəyə veriləcək məktəblər müasir avadanlıqla təchiz olunacaqdır. Tikinti işlərində əsasən yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə edilir.

 

Masallı sakinləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsünü minnətdarlıq hissi ilə qarşılamışlar.