11 iyul 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə yeni məktəblər tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq, növbəti dərs ilinədək İmişli rayonunda 3353 sakinin yaşadığı Qaralar kəndində 11 otaqlı 200 yerlik, 869 sakinin yaşadığı Mürsəlli kəndində isə 9 otaqlı 100 yerlik orta məktəb binaları tikilir.

 

Məktəblər 1 milyard 100 milyon manatdan yuxarı vəsait hesabına başa gələcəkdir. Tikinti işlərində yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunmasına üstünlük verilir.

 

İmişlilər ümummilli liderimiz Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xəşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxah qayğı və təşəbbüsünü minnətdarlıq hissi ilə qarşılamışlar.