22 iyun 2005

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdaş rayonunun Pirkəkə kəndində məktəb binası inşa edilir

Ağdaş rayonunun Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yeri olan orta məktəb binasının tikintisinə başlanılmışdır.


Müasir standartlar səviyyəsində qurulacaq bu tədris ocağını "Azəraqrartikinti" ASC-nin Ağdaş filialı inşa edir.


Məktəb binası qarşıdakı dərs ilinədək istifadəyə veriləcəkdir.