img_5666.jpg
15 sentyabr 2014

Yeni tədris ili ərəfəsində məktəblərə dərs ləvazimatları paylanılıb

Heydər Əliyev Fondu 2014-2015-ci tədris ili ərəfəsində bir sıra orta məktəblərdə qaçqın və məcburi köçkün ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan birinci sinif şagirdlərinə dərs ləvazımatları paylayıb.


Sentyabrın 11-də qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə təqdim edilib.


Bir gün sonra Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqları olan 200 məktəbliyə məktəbli formaları, çantalar və məktəb ləvazimatları paylanılıb.


Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Heydər Əliyev Fondunun Azərbaycanda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli mənəvi dəyərlərin qorunması, tarixi abidələrin bərpası istiqamətində gördüyü işlərdən danışıb.


Sentyabrın 15-də isə Bakının Nərimanov rayonunda 5 nömrəli respublika internat məktəbinin şagirdlərinə hədiyyələr təqim olunub. 80 şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 aztəminatlı şagirdə məktəbli forması verilib.


Həmin gün Fond tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində fəaliyyət göstərən Şuşa rayonunun 9 nömrəli orta məktəbinin şagirdlərinə də məktəb ləvazimatları təqdim edilib.